Qalxanabənzər vəzi sitoloji müayinəsində nələri görmək olar
- Tireoid follikulların A-tip və B-tip (Hürthle; “onkosit”) hüceyrələri.
- Nadir hallarda parafollikulyar C-tip (kalsitonin) hüceyrələr.
- Degenerativ, vakuollaşmış sitoplazmalı, piqmentli follikulyar tirositlər
- Çoxnüvəli, irisitoplazmalı epitel hüceyrələri
- Tireo-kolloid
- Faqositlər
- Orqan, tireoid düyün və ya tireoid kista kapsulunun hüceyrələri, lifli karkası
- Kalsinatlar, psammoz çöküntülər
“Maliqnizasiya (karsinoma) şübhəsi” və “karsinoma”
- Follkulyar atipik neoplaziya xüsusiyyətlərinə malik elementlər
- Papillyar atipik neoplaziya xüsusiyyətlərinə malik elementlər
- Atipik limfoid hüceyrələr
- Papillyar karsinoma, follikulyar variant hüceyrələri
- Papillyar karsinoma, klassik papillyar variant hüceyrələri
- Medullyar karsinoma hüceyrələri
- Digər tip karsinomaların elementləri
Tireoid incə iynə aspirasiyası nə üçün lazım ola bilər ?
- Qalxanabənzər vəzidə patoloji prosesin sitoloji diaqnostikasında, xüsusən də - tireoid düyünün klinik mahiyyətinin təyinində.
- Tireoid düyünləri olan xəstələrin müalicə taktikasının seçilməsində.
- Tireoid düyünü olan xəstələrdə dinamik müşahidədə.
- Həmçinin – tireoid kistanın deşilib boşaldılmasında və sonra - kista kamerasına müəyyən preparatlar inyeksiyasında.