“Patomorfoloji analiz”... Sizə nə faydası ola bilər?
Səmərəli müalicə üçün öncə xəstəliyi düzgün təyin etməliyik. Bunun üçün çoxsaylı analizlər vardır. Həmin analizlərin vacib bir qrupunu mikroskoplar ilə aparılan “patoloji və ya patomorfoloji analizlər” təşkil edir. Hazırda, demək olar ki, bütün şiş (onkoloji) xəstəliklərinin təyinində həlledici təhlil məhz patomorfoloji analizdir.
Şişlərdən başqa, mədənin, bağırsaqların, qaraciyərin, dərinin, cinsiyyət orqanlarının və s. bir sıra xəstəlikləri üçün də mikroskopik analizlərdən geniş istifadə edirlər. Məsələn, bir qastrit (mədə iltihabı), yaxud yoğun bağırsaq iltihabını (koliti) düzgün müalicə etmək üçün onlardan alınmış nümunənin patoloji analiz nəticəsi çox önəmlidir.
Kişi və qadın sonsuzluqlarının araşdırılmasında da spermanın, uşaqlıq boynu və cismi nümunələrinin, həmçinin qanın xüsusi mikroskopik təhlilləri müalicə həkiminə vacıb məlumat verir.
Patomorfoloji analizlər necə aparılır?
Bunun üçün müxtəlif mayelər, zədəli (“şübhəli”) orqanlardan və ya törəmələrdən alınmış parçalar xüsusi laboratoriyaya – patoloji (patomorfoloji) laboratoriyaya - göndərilir. Bütün hallarda material ilə bərabər, “göndəriş (istək) vərəqi” yazılır ki, burada da xəstə, xəstəlik tarixi, əməliyyat/müalicə, material haqqında məlumat verilir. Xüsusi bir sorğu varsa, həkim onu ayrıca qeyd edir.
Nəticə, materialdan asılı olaraq, 20-30 dəqiqədən bir-iki həftəyə qədər müddətdə hazır olur.
“Mayelər” dedikdə, adətən döş qəfəsindən, ürək,oynaq kisələrindən, qarın boşluğundan, çanaq boşluğundan, bronxların yuyuntusından, onurğa beyni kanalından, kistalardan çıxarılmış maye nümunələri nəzərdə tutulur. Həmin materialı şprisdə, yaxuda kip bağlanmış qablarda analizə yönləndirirlər. Bunların üzərinə, adətən, başqa hec bir məhlul əlavə etmirlər. Materialı həmin gün və ya ertəsi gün laboratoriyaya çatdırırlar. Bunlar – sitoloji analizlərdir.
Sitoloji analizlərin vacib bir hissəsini qalxanabənzər vəzidən, süd vəzilərindən, ağız suyu vəzilərindən, limfa düyünlərindən alınan punksiyalar təşkil edir.
Bunların daha bir qrupu isə uşaqlıq boynundan götürülən yaxmalar (Papanikolau yaxması; Pap-smear) və ya xüsusi maye daxilinə yerləşdirilən fırça silinməsi materialıdır.
Orqanlardan və ya “şiş” kimi düşünülən törəmələrdən “biopsiya” adlandırılan kiçik parçalar və ya cərrahi əməliyyatların müxtəlif ölçülü materialları alınır. Tikələr, bir qayda kimi, “formalin” məhlulunda saxlanır (fiksə olunur). Əgər formalin yoxdursa, soyuq şəraitdə (buzxana istisna!) saxlamaq şərti ilə, nümunəni fiksə etmədən də patomorfoloji laboratoriyaya göndərmək olar. Bunlar – histoloji, immunhistokimyəvi və molekulyar-patoloji analizlər üçündür. Həmin analizlər bir gündən bir-iki həftəyə qədər vaxtda icra olunur. Ancaq icra müddəti analizdən asılı olaraq dəyişə bilər; bu barədə materialı göndərmiş həkimə va ya xəstəyə əlavə məlumat da verilir.

Əməliyyat gedişində (təcili; frozen) patomorfoloji analiz. Bu, nə üçün lazımdır?
Bəzən əməliyyat gedişində sual yaranır:1) “Şübhəli artım” şişdirmi? 2) Əgər şişdirsə - xoşxassəlidir və ya bədləşib (xərçəngdir, sarkomadır)? 3) Əməliyyat həcmi nə qədər olmalıdır, cərrah orqanı və ya bədən hissəsini hansı sərhəddə saxlaya bilər? Bunlara cavab almaq üçün əməliyyat blokundan material patomorfoloji laboratoriyaya göndərilir. Material ani olaraq dondurulur, təhlil üçün “frozen analiz preparatları” hazırlanır və cəmi 20-30 dəqiqə ərzində həkimə təhlilin ilkin nəticəsi çatdırılır.
Təcili patomorfoloji analizlərin icrası üçün təcrübəli həkim-patoloqun, laborantın və yüksək texniki imkanlı laboratoriyanın olması vacibdir.