• Ilgar[at]hasanov.info

Qalxanabənzər vəzi sitoloji müayinəsində nələri görmək olar

  • Tireoid follikulların A-tip və B-tip (Hürthle; “onkosit”) hüceyrələri.
  • Nadir hallarda parafollikulyar C-tip (kalsitonin) hüceyrələr.
  • Degenerativ, vakuollaşmış sitoplazmalı, piqmentli follikulyar tirositlər
  • Çoxnüvəli, irisitoplazmalı epitel hüceyrələri
  • Tireo-kolloid
  • Faqositlər
  • Orqan, tireoid düyün və ya tireoid kista kapsulunun hüceyrələri, lifli karkası
  • Kalsinatlar, psammoz çöküntülər

“Maliqnizasiya (karsinoma) şübhəsi” və “karsinoma”

  • Follkulyar atipik neoplaziya xüsusiyyətlərinə malik elementlər
  • Papillyar atipik neoplaziya xüsusiyyətlərinə malik elementlər
  • Atipik limfoid hüceyrələr
  • Papillyar karsinoma, follikulyar variant hüceyrələri
  • Papillyar karsinoma, klassik papillyar variant hüceyrələri
  • Medullyar karsinoma hüceyrələri
  • Digər tip karsinomaların elementləri

Tireoid incə iynə aspirasiyası nə üçün lazım ola bilər ?

  • Qalxanabənzər vəzidə patoloji prosesin sitoloji diaqnostikasında, xüsusən də - tireoid düyünün klinik mahiyyətinin təyinində.
  • Tireoid düyünləri olan xəstələrin müalicə taktikasının seçilməsində.
  • Tireoid düyünü olan xəstələrdə dinamik müşahidədə.
  • Həmçinin – tireoid kistanın deşilib boşaldılmasında və sonra - kista kamerasına müəyyən preparatlar inyeksiyasında.