MD, Dr.Sci. Ilqar Həsənov
Həsənov İlqar Əlixan oğlu 1978-1984-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun I-müalicə-profilaktika fakültəsində təhsil almış və fərqlənmə diplomu ilə məzun olmuşdur. Elmi Şuranın qərarı ilə Tibb İnstitutunda saxlanaraq 1984-2011-ci illərdə Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasında və histologiya, embriologiya sitologiya kafedrasında müxtəlif vəzifələrdə çalışmış, Tibb Universitetinin klinik histologiya və sitologiya laboratoriyasına rəhbərlik etmişdir. 2011-2016-ci illərdə tibb müəssisələrində həkim-patomorfoloq işləmişdir. 2017-2021-ci illərdə Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində patositomorfologiya laboratoriyasının rəhbəri, eyni zamanda 2016-2022-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “idman tibbi və reabilitasiya” proqramının direktoru və kafedra müdiri olmuşdur. 2022-ci ilin dekabrından etibarən Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun prorektoru vəzifəsindədir (rezidentura təhsili, tibb müəssisələri ilə əməkdaşlıq və beynəlxalq əlaqələr).
Aspirantura təhsilindən sonra 1989-cu ildə İ.M. Seçenov adına I Moskva Tibb İnstitutunda namizədlik, 1998-ci ildə Tbilisi Dövlət Tibb Universitetində doktorluq dissertasiyası müdafiə etmişdir. 1995-ci ildə “dosent” elmi adı almış, 2003-2011-ci illərdə kafedra professoru olmuşdur. 2010-cu ildə “Əməkdar Müəllim” Fəxri Adı almışdır.
315 çap olunmuş elmi, metodik işin və 7 səmərələşdirici təklifin müəllifidir. 3 elmlər doktoru və 23 elmlər namizədi (fəlsəfə doktoru, Ph.D) dissertasiyasının elmi rəhbəri və elmi məsləhətçisidir.
1986-2017-cı illərdə müxtəlif ölkələrdə çoxsaylı elmi tədbirlərdə, eləcə də histologiya, patologiya, onkologiya sahələrində təlimlərdə, seminarlarda və kurslarda iştirak etmişdir. Əsas elmi tədqiqatları diffuz endokrin sistem histologiyası, interleykinlər sekresiyası, eksperimental histologiya, ginekoloji morfologiya, cift (plasenta) patomorfologiyası, şiş, şişönü və şişəbənzər xəstəliklərin morfologiyası, periferik damarların patomorfologiyası və qan sitokimyası ilə bağlıdır.
İş nömrəsi: +994(12) 431 21 43
E-poçt: ihasanov61(at)gmail.com.
Aspirantura təhsilindən sonra 1989-cu ildə İ.M. Seçenov adına I Moskva Tibb İnstitutunda namizədlik, 1998-ci ildə Tbilisi Dövlət Tibb Universitetində doktorluq dissertasiyası müdafiə etmişdir. 1995-ci ildə “dosent” elmi adı almış, 2003-2011-ci illərdə kafedra professoru olmuşdur. 2010-cu ildə “Əməkdar Müəllim” Fəxri Adı almışdır.
315 çap olunmuş elmi, metodik işin və 7 səmərələşdirici təklifin müəllifidir. 3 elmlər doktoru və 23 elmlər namizədi (fəlsəfə doktoru, Ph.D) dissertasiyasının elmi rəhbəri və elmi məsləhətçisidir.
1986-2017-cı illərdə müxtəlif ölkələrdə çoxsaylı elmi tədbirlərdə, eləcə də histologiya, patologiya, onkologiya sahələrində təlimlərdə, seminarlarda və kurslarda iştirak etmişdir. Əsas elmi tədqiqatları diffuz endokrin sistem histologiyası, interleykinlər sekresiyası, eksperimental histologiya, ginekoloji morfologiya, cift (plasenta) patomorfologiyası, şiş, şişönü və şişəbənzər xəstəliklərin morfologiyası, periferik damarların patomorfologiyası və qan sitokimyası ilə bağlıdır.
İş nömrəsi: +994(12) 431 21 43
E-poçt: ihasanov61(at)gmail.com.
Əməliyyat gedişində (təcili; frozen) patomorfoloji analiz. Bu, nə üçün lazımdır?
Bəzən əməliyyat gedişində sual yaranır:1) “Şübhəli artım” şişdirmi? 2) Əgər şişdirsə - xoşxassəlidir və ya bədləşib (xərçəngdir, sarkomadır)? 3) Əməliyyat həcmi nə qədər olmalıdır, cərrah orqanı və ya bədən hissəsini hansı sərhəddə saxlaya bilər? Bunlara cavab almaq üçün əməliyyat blokundan material patomorfoloji laboratoriyaya göndərilir. Material ani olaraq dondurulur, təhlil üçün “frozen analiz preparatları” hazırlanır və cəmi 20-30 dəqiqə ərzində həkimə təhlilin ilkin nəticəsi çatdırılır.
Təcili patomorfoloji analizlərin icrası üçün təcrübəli həkim-patoloqun, laborantın və yüksək texniki imkanlı laboratoriyanın olması vacibdir.
Təcili patomorfoloji analizlərin icrası üçün təcrübəli həkim-patoloqun, laborantın və yüksək texniki imkanlı laboratoriyanın olması vacibdir.
“Patomorfoloji analiz”... Sizə nə faydası ola bilər?
Səmərəli müalicə üçün öncə xəstəliyi düzgün təyin etməliyik. Bunun üçün çoxsaylı analizlər vardır. Həmin analizlərin vacib bir qrupunu mikroskoplar ilə aparılan “patoloji və ya patomorfoloji analizlər” təşkil edir. Hazırda, demək olar ki, bütün şiş (onkoloji) xəstəliklərinin təyinində həlledici təhlil məhz patomorfoloji analizdir.
Şişlərdən başqa, mədənin, bağırsaqların, qaraciyərin, dərinin, cinsiyyət orqanlarının və s. bir sıra xəstəlikləri üçün də mikroskopik analizlərdən geniş istifadə edirlər. Məsələn, bir qastrit (mədə iltihabı), yaxud yoğun bağırsaq iltihabını (koliti) düzgün müalicə etmək üçün onlardan alınmış nümunənin patoloji analiz nəticəsi çox önəmlidir.
Kişi və qadın sonsuzluqlarının araşdırılmasında da spermanın, uşaqlıq boynu və cismi nümunələrinin, həmçinin qanın xüsusi mikroskopik təhlilləri müalicə həkiminə vacıb məlumat verir.
Patomorfoloji analizlər necə aparılır?
Bunun üçün müxtəlif mayelər, zədəli (“şübhəli”) orqanlardan və ya törəmələrdən alınmış parçalar xüsusi laboratoriyaya – patoloji (patomorfoloji) laboratoriyaya - göndərilir. Bütün hallarda material ilə bərabər, “göndəriş (istək) vərəqi” yazılır ki, burada da xəstə, xəstəlik tarixi, əməliyyat/müalicə, material haqqında məlumat verilir. Xüsusi bir sorğu varsa, həkim onu ayrıca qeyd edir.
Nəticə, materialdan asılı olaraq, 20-30 dəqiqədən bir-iki həftəyə qədər müddətdə hazır olur.
“Mayelər” dedikdə, adətən döş qəfəsindən, ürək,oynaq kisələrindən, qarın boşluğundan, çanaq boşluğundan, bronxların yuyuntusından, onurğa beyni kanalından, kistalardan çıxarılmış maye nümunələri nəzərdə tutulur. Həmin materialı şprisdə, yaxuda kip bağlanmış qablarda analizə yönləndirirlər. Bunların üzərinə, adətən, başqa hec bir məhlul əlavə etmirlər. Materialı həmin gün və ya ertəsi gün laboratoriyaya çatdırırlar. Bunlar – sitoloji analizlərdir.
Sitoloji analizlərin vacib bir hissəsini qalxanabənzər vəzidən, süd vəzilərindən, ağız suyu vəzilərindən, limfa düyünlərindən alınan punksiyalar təşkil edir.
Bunların daha bir qrupu isə uşaqlıq boynundan götürülən yaxmalar (Papanikolau yaxması; Pap-smear) və ya xüsusi maye daxilinə yerləşdirilən fırça silinməsi materialıdır.
Orqanlardan və ya “şiş” kimi düşünülən törəmələrdən “biopsiya” adlandırılan kiçik parçalar və ya cərrahi əməliyyatların müxtəlif ölçülü materialları alınır. Tikələr, bir qayda kimi, “formalin” məhlulunda saxlanır (fiksə olunur). Əgər formalin yoxdursa, soyuq şəraitdə (buzxana istisna!) saxlamaq şərti ilə, nümunəni fiksə etmədən də patomorfoloji laboratoriyaya göndərmək olar. Bunlar – histoloji, immunhistokimyəvi və molekulyar-patoloji analizlər üçündür. Həmin analizlər bir gündən bir-iki həftəyə qədər vaxtda icra olunur. Ancaq icra müddəti analizdən asılı olaraq dəyişə bilər; bu barədə materialı göndərmiş həkimə va ya xəstəyə əlavə məlumat da verilir.
Patomorfoloji analizə göndəriş formları
Ginekoloji material / Histoloji analizə göndəriş
Ginekoloji yaxmalar / Sitoloji analizə göndəriş
Ümumi histoloji analizə göndəriş
Qida borusu, mədə bağırsaqlar / Histoloji analizə göndəriş
Qalxanabənzər vəzi / Sitoloji, Histoloji analizə göndəriş
Ümumi sitoloji analizə göndəriş
Süd vəzi / Sitoloji, Histoloji analizə göndəriş
Akademik fəaliyyəti
2022 - hazırda
Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun prorektoru
2022 - hazırda
2021 - 2022
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “İdman tibbi və reabilitasiya” kafedrasının müdiri
2016 - 2022
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Proqram direktoru və Laboratoriya rəhbəri
2016 - 2022
2013 - 2015
Dəvətli professor
2003 - 2011
Professor
2003 - 2011
1999 - 2003
Dosent
1996 - 1999
Kafedra müdiri
1996 - 1999
1993 - 1996
Dosent
1993 - 1996
1991 - 1993
Baş müəllim
1988 - 1991
Azərbaycan Tibb Universitetinin “histologiya, embriologiya, sitologiya” kafedrasında assistent
1988 - 1991
1984 - 1985
Azərbaycan Tibb Universitetinin “Elektron mikroskopiya” qrupunda tədqiqatçı həkim
Rəsmi dəvətlər
Həkimlik fəaliyyəti
Fəaliyyət sahələri
01
Ümumi analizlər
Ümumi histoloji, sitoloji analizlərin təşkili. Sperma sitokimyəvi analizləri. Qan nümunələrinin sitokimyəvi təhlilləri.02
İlk icra edilmiş analizlər
Bəzi histokimyəvi və sitokimyəvi analizlərin Azərbaycanda ilk icraçısı.03
Metodların yüksək səviyyədə icrası
Əksər histoloji, sitoloji, histokimyəvi metodların yüksək səviyyədə icrası (fermentlər, hormonlar və s.-nin xüsusi metodlar ilə təyini).04
İmmun histokimyəvi tədqiqatlar
05
Elektron mikroskopun ilk tətbiqi
Elektron mikroskopunun Azərbaycanda ilk dəfə onkoloji diaqnostikada tətbiqiQISA MƏLUMAT
DR. İlqar Həsənov
İlqar Həsənov müxtləlif ölkələrdə, konferanslarda, seminarlarda və universitetlərdə iştirak etmişdir. Onun elmi nəşrləri fərqli dillərdə və akademik jurnallarda nəşr edilmişdir.
Akademik karyera ilə yanaşı Dr. İlqar Həsənov uzun illərdir həkim-patomorfoloq kimi də fəaliyyət göstərir.
O, hal hazırda Azərbaycan Milli Onkologiya Mərkəzinin "patomorfologiya" laboratoriyasının elmi rəhbəridir.
Türk, Rus, Alman və İngilis dili bilikləri
Akademik təcrübə
Sayısız müsbət referanslar
1985-ci ildən həkimlik təcrübəsi
Stratejik yerlərdə iş təcrübəsi
Pasientlərlə peşəkar rəftar
0
Dissertasiya rəhbərliyi
0
Elmi nəşr
0
İllik analiz icrası